Modern.az

Cüdoçularımız Avropa turnirində iştirak edəcək

Cüdoçularımız Avropa turnirində iştirak edəcək

مورد توجه

10 Sentyabr 2022, 09:36

Sentyabr 10-11-də İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

 

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a bildirilib ki, yarışa 36 ölkədən 406 idmançı qatılacaq. Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.

 

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək.

 

Yarışdan sonra, idmançılarımız sentyabrın 12-17-də Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı