Modern.az

Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdi

Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdi

Aktual

21 Sentyabr 2022, 13:22

Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Dövlət Müstəqilliyi günü münasibətilə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, Makronun təbrik mesajında ermənilər və fransızlar dost xalqlar adlandırılıb.


Makron deyib ki, Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər.


“Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa Minsk qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, xalqlarımızın mənafeyi naminə mənim şəxsi dəstəyimə arxalana bilərsiniz”,- deyə Makron vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı