Modern.az

“Sumqayıt” antirekordu təkrarladı

“Sumqayıt” antirekordu təkrarladı

Актуально

10 Oktyabr 2022, 16:17

“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının birinci dövrəsində ən az qol vuran komanda olub. “Gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.

 

Modern.az xəbər verir ki, bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıt təmsilçisi 1996/1997-ci il mövsümündə qeydə alınan antirekordu təkrarlayıb.

 

İyirmi altı il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan komanda texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb.

 

Qeyd edək ki, 4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı