Rusiyadan Qarabağa köçən milyarder Ruben Vardanyan Ermənistandakı “Armnews” telekanalını satın alıb.
Modern.az xəbər verir ki, məlumat “Hraparak”da dərc olunub.
Mətbuatın yazdığına görə, Ermənistan parlamentinə ötən il keçirilən seçkilərdən sonra faktiki olaraq passiv iş rejiminə keçən “Armnews” telekanalı fevralda öz işini bərpa edəcək.
Nəşr qeyd edir ki, bu, telekanala sponsorluq edəcək sahibkar Ruben Vardanyanın sayəsində mümkün olacaq.
Qeyd edək ki, Ruben Vardanyan Qarabağ separatçılarının “dövlət naziri” postunda əyləşməyə hazırlaşır. Onun bir müddət sonra separatçıların rəhbəri ola biləcəyi də mümkündür.