Modern.az

Dini liderlər Şuşada sənəd imzaladılar - FOTOLAR

Dini liderlər Şuşada sənəd imzaladılar - FOTOLAR

Aktual

20 Oktyabr 2022, 12:22

Oktyabrın 20-də ŞuşadaTürk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.

 

Modern.az xəbər verir ki, mərasimdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev və digər şəxslər iştirak ediblər.

 

***

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri birgə bəyanat qəbul ediblər.

 

Modern.az xəbər verir ki, birgə bəyanatda qeyd edilir ki, təşkilata üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Birgə elmi və dini mərkəzlər yaradılacaq.

 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşa şəhərindədir. Mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.

 

Bundan başqa dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı