Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.
Modern.az xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə təmsilçimiz turniri 2-ci pillədə başa vurub.