Modern.az

Azərbaycanı hədəf alanlar qarşılarında Türkiyəni görəcək

Azərbaycanı hədəf alanlar qarşılarında Türkiyəni görəcək

Aktual

22 Oktyabr 2022, 09:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdan qayıdarkən yerli jurnalistlərə açıqlamasında önəmli mesajlar verib. Qardaş ölkənin lideri Zəngilan hava limanının tarixi əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilədə görülən bərpa və yenidənqurma işlərindən danışaraq, Türkiyənin hər zaman Azərbaycan yanında olacağını bəyan edib.

 

Ərdoğan eyni zamanda Türkiyənin tarixi Şuşa şəhərində konsulluq açacağını bir daha diqqətə çatdırıb.

 

"Biz də Şuşada Baş konsulluq açırıq", - deyə Türkiyə Prezidenti qeyd edib.

 

Modern.az-ın məlumatına görə, Ərdoğanın açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir.

 

Onun fikrincə, Ankara həmin günü səbirsizliklə gözləyir.

 

"Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz", - deyə politoloq vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı