ABŞ-ın Texas ştatının Dallas xəstəxanasında atışma olub. İnsident nəticəsində iki tibb bacısı ölüb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralı vəziyyətdə saxlanılıb.
Cinayətkarın şəxsiyyəti və öldürülənlərin kimliyi açıqlanmır.
Polis hadisə ilə bağlı araşdırma aparır.