Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son oyununda "Neftçi" komandası "Sabah"la qarşılaşıb.
Modern.az xəbər verir ki, turun bağlanış matçı “Bakcell Arena”da keçirilib.
Görüş “Sabah” klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sabah” ikinci, 22 xalı olan “Neftçi” isə üçüncü pillədə qalıb.
23 oktyabr (bazar)
18:30.“Neftçi” – “Sabah” - 2:3
Qollar: Coy Lens Mikels, 36 (0:1), Emmanuel Apeh, 45+7 (0:2), Aleksey İsayev, 52 (0:3), Ömər Buludov. 71 (1:3), Emin Mahmudov, 83-pen. (2:3)
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 74 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”
16:00.“Səbail” – “Şamaxı” - 0:0
Qırmızı vərəqə: Tural Bayramlı, 42 ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASCO Arena”
22 oktyabr (şənbə)
“Sumqayıt” – “Zirə” - 0:2
“Qəbələ” – “Kəpəz” - 1:1
20 oktyabr (cümə axşamı)
“Qarabağ” – “Turan Tovuz” - 3:0
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 10 | 10 | 0 | 0 | 31-7 | 30 |
| 2 | Sabah | 11 | 9 | 1 | 1 | 26-9 | 28 |
| 3 | Neftçi | 11 | 7 | 1 | 3 | 21-12 | 22 |
| 4 | Zirə | 11 | 6 | 1 | 4 | 15-17 | 19 |
| 5 | Qəbələ | 11 | 5 | 2 | 4 | 15-11 | 17 |
| 6 | Turan Tovuz | 10 | 3 | 3 | 4 | 8-13 | 12 |
| 7 | Səbail | 11 | 2 | 4 | 5 | 11-14 | 10 |
| 8 | Kəpəz | 11 | 1 | 2 | 8 | 7-26 | 5 |
| 9 | Şamaxı | 11 | 0 | 4 | 7 | 5-16 | 4 |
| 10 | Sumqayıt | 11 | 0 | 4 | 7 | 2-16 | 4 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 10 qol
Musa Qurbanlı ("Qarabağ") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Runi Eva ("Turan Tovuz") - 5 qol
Ağabala Ramazanov ("Səbail") - 5 qol
Emin Mahmudov ("Neftçi") - 5 qol