Modern.az

Qurban Qurbanov beynəlxalq reytinqdə irəlilədi

Qurban Qurbanov beynəlxalq reytinqdə irəlilədi

مورد توجه

24 Oktyabr 2022, 08:20

Dünyanın ən yaxşı futbol üzrə baş məşqçilərinin oktyabr ayı üçün reytinqi açıqlanıb.

 

Modern.az xəbər verir ki, cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis daxil edilib.

 

“Top-500”də yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xala malikdir. Ötən ayla müqayisədə bir pillə irəliləyən 50 yaşlı mütəxəssis dünyada 210-cudur.

 

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci, Joze Mourinyo isə üçüncü pillədədir(2063 xal).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı