Modern.az

Texnika istifadəçilərinə səyyar xidmət göstərilib

Texnika istifadəçilərinə səyyar xidmət göstərilib

Aktual

10 Oktyabr 2022, 14:16

Aqrar Xidmətlər Agentliyi tərəfindən Neftçala rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib.

 

Modern.az xəbər verir ki, “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin  rahatlığının  təmin olunmasına nail olmaqdır.

 

Tədbir zamanı qısa müddət ərzində Neftçala, Salyan və Biləsuvar rayonlarından müraciət etmiş texnika sahibləri üçün 56 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilmiş, 4 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyatına alınmış, 4 ədəd texnika isə texniki baxışa cəlb olunub. Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına  və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.

 

“Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirlməsi davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı