Modern.az

Bu ölkədə prezident sarayına silahlı HÜCUM EDİLDİ

Bu ölkədə prezident sarayına silahlı HÜCUM EDİLDİ

Güncel

25 Oktyabr 2022, 11:38

Cakartada naməlum silahlı qadın prezident sarayı kompleksinə soxulmağa cəhd edib.

 

Modern.az xəbər verir ki, 30 yaşlı qadın çərşənbə axşamı Merdeka prezident sarayına girməyə çalışıb.

 

Prezidentin mühafizə xidmətinin növbətçi əməkdaşları qadının şübhəli davranışını görüb və onun hərəkətlərini diqqətlə izləməyə başlayıblar.

 

Sarayın hasarından keçmək cəhdi uğursuz olduqdan sonra naməlum qadın geyimində gizlətdiyi silahı hərbçilərə tuşlayıb. Təhlükəsizlik işçisi Dua Anqqa Prayoqa dərhal qadını nişan alıb. Bundan sonra o, tərksilah edilib.

 

Prezidentin təhlükəsizlik xidməti qadını əlavə araşdırma üçün İndoneziya polisinə təhvil verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı