Modern.az

Qərbi Azərbaycan İcmasının Media Mərkəzi yaradılır

Qərbi Azərbaycan İcmasının Media Mərkəzi yaradılır

مورد توجه

30 Oktyabr 2022, 23:00

Qərbi Azərbaycan İcmasının oktyabrın 29-da keçirilən iclasında İcmanın media siyasəti müzakirə olunub.

Modern.az xəbər verir ki, müzakirədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdiri Qalib Qasımov, VisionTV-nin baş redaktoru Şöhrət Eldəniz, tanınmış jurnalist Lamiyə Rövşənqızı, İcmanın koordinatorları, rayon icma sədrləri və b. iştirak edib. 

İclasda İcmanın Media Mərkəzinin yaradılması qərara alınıb və bu işin təşkili jurnalist Şöhrət Eldənizə həvalə edilib. İclasda İcmanın mətbuat orqanının – çap və onlayn variantda qəzetinin nəşri ilə bağlı hazırlıq işlərinə rəhbərlik jurnalist Lamiyə Rəvşənqızına tapşırılıb.

İcmanın Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək yeni xəbər saytının hazırlanması işinin təşkili isə İcmanın şöbə müdiri Qalib Qasımova həvalə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı