Modern.az

Məşhur bloger Dubayda qəzaya düşdü - FOTO

Məşhur bloger Dubayda qəzaya düşdü - FOTO

Aktual

2 Noyabr 2022, 09:28

Azərbaycanlı videobloger Hüseyn Həsənov Dubayda qəzaya düşüb.


Modern.az xəbər verir ki, bu barədə bloger sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Belə ki, "kvadrasikl" idarə edən zaman qəzaya düşən bloger sol ayağından ciddi xəsarət aldığını bildirib. Yerli klinikaların birinə çatdırılan H.Həsənova ilkin tibbi yardım göstərilib və ayağına gips qoyulub. 


Xəstəxananı əlil arabasında tərk edən Həsənov klinikada göstərilən tibbi yardımın həddindən baha olduğundan şikayətlənib. O, sosial şəbəkə hesabında klinikaya ödəməli olduğu çekin fotosunu paylaşıb. Məbləğ 4741 dollar (təxminən 8059 manat) olub.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı