Modern.az

İkinci finalçı kim olacaq? - Fransa Mərakeşə qarşı

İkinci finalçı kim olacaq? - Fransa Mərakeşə qarşı

Current

14 Dekabr 2022, 08:00

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

 

Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2022

Yarımfinal

14 dekabr

23:00. Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos

"Əl Bayt" stadionu

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı