Modern.az

Zaxarova Paşinyanın ittihamlarını RƏDD ETDİ

Zaxarova Paşinyanın ittihamlarını RƏDD ETDİ

مورد توجه

22 Dekabr 2022, 14:44

Rusiyan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova bu cür ittihamların qəbuledilməz olduğunu bəyan edib.

 

"Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir", - deyə XİN rəsmisi söyləyib.

 

Qeyd edək ki, Paşinyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliklərini tam olaraq yerinə yetirmədiyini açıqlamışdı.

Peskov Paşinyana cavab verdi: Əlimizdən gələni edirik
Bu xəbər ilə bağlı
Peskov Paşinyana cavab verdi: Əlimizdən gələni edirik
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı