Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.
Modern.az xəbər verir ki, azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.
Bundan əlavə, dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.