Modern.az

Qadınlar din xadimi deyil - Komitədən AÇIQLAMA

Qadınlar din xadimi deyil - Komitədən AÇIQLAMA

Aktual

16 Fevral 2023, 10:55

Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

O qeyd edib ki, məscid və ziyarətdahlarda 3 vəzifə müəyyənləşdirilib: "Birincisi, imamdır, ikincisi, imam müavini, üçüncüsü, dini ayinlərin icraçısıdır. Bir də qadın dini ayinlərin icraçısı var. Qadınlar məscidlərdə imamların tapşırığına əsasən sırf qadınlara yönəlik fəaliyyətlə məşğul olurlar”.

 

Xatırladaq ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün 15 fevralda müsahibə keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı