Modern.az

Zəlzələ dolu gün: Bayden getdi, “məşhur” körpünü oğurladılar - İCMAL

Zəlzələ dolu gün: Bayden getdi, “məşhur” körpünü oğurladılar - İCMAL

Aktual

23 Fevral 2023, 09:56

Fevralın 22-də Ermənistan və Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətə başlamasından bir həftə keçməmiş İrəvanın təxribata əl atması Bakıda qəzəblə qarşılanıb.

 

Bölgədə gərginlik artır? Yeni toqquşma ola bilərmi?

 

Modern.az ötən günün icmalını təqdim edir:

 

Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan ordusu və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Tovuz, Sədərək, Kəlbəcər, Xocavənd rayonlarını və Şuşa şəhərini atəşə tutub. 

 

Saytımıza ermənilərin təxribatını şərh edən hərbi ekspert Ədalət Verdiyev ordumuzun yaxın zamanda yeni əməliyyatlar keçirəcəyini istisna etməyib. "Separatçılar atəşkəsi pozmaq kimi nəticəsi ağır olan səhvə yol verir. Bunun qarşısını almaq üçün "Qisas 2" əməliyyatının keçirilməsi istisna deyil", - deyə ekspert bildirib.

 

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə bildirib ki, Ermənistanın başa düşəcəyi dil silah və güc dilidir: "Dəmir yumruq" hələ də qüvvədədir, əgər biz sülh müqaviləsi istəyiriksə, hər şeyə hazır olmalıyıq. Azərbaycan hər şeyə hazırdır".

 

Ötən gün Azərbaycanda səfərdə olan Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar. Britaniyalı nazir, həmçinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüş keçirib. Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə edilib.

 

Rusiya xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Azərbaycana səfər edəcəyi açıqlanıb. Rəsmi Bakı isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri pisləyib. Həmçinin, Avronest-də Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib.

 

Azərbaycanın iki rayonunu birləşdirən körpünün 4 nəfər tərəfindən oğurlanması barədə xəbər sosial şəbəkələrin gündəmində olub. Modern.az-ın əməkdaşının araşdırması zamanı məlum olub ki, oğurlanan körpü sosial şəbəkələrdə deyildiyi kimi, elə də böyük olmayıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev isə universitetlərlə bağlı hədəfi açıqlayıb. Nazirin sözlərinə görə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin top 500 siyahısına düşməsini hədəf kimi müəyyənləşdiriblər. Dünən həm də məktəblərdən birinin direktoruna cinayət işi açılıb, digərinə şiddətli töhmət verilib.

 

Eyni zamanda AZAL prezidenti Cahangir Əsgərovun bir aya yaxındır ki, işə çıxmadığı barədə məlumatlar yayılıb. Əməkdaşımız məsələyə ayındlıq gətirmək üçün AZAL-la əlaqə saxlayıb və işin təfərrüatlarını öyrənib.

 

Dünya mətbuatında bir gün əvvəl ABŞ və Rusiya liderlərinin etdikləri çıxışlar gündəmdə olub. Rusiya Dövlət Duması Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Sazişi (START) ilə bağlı ölkə prezidenti Vladimir Putinin qərarını təsdiqləyib. Putin Federal Məclisə illik müraciət çıxışında bununla bağlı qərarını elan etmişdi.

 

Bəs START nədir? Saytımızda bu haqda araşdırma materialı dərc olunub. Linkə daxil olaraq Putinin stop qoyduğu layihənin detallarından xəbərdar ola bilərsiniz.

 

Ukraynaya gəlincə, cəbhədə vəziyyət hər keçən gün gərginləşir. Qərb sanksiyaları artırır, Ukraynaya silah tədarükünü sürətləndirir. ABŞ-ın Ukraynaya 72 kilometrə qədər mənzili olan, hədəflərini yüksək dəqiqliklə məhv edə bilən bombalar verəcəyi açıqlanıb. NATO sammiti üçün Vilnüsə gedəcəyi bildirilən Zelenski Pakistan Prezidentinə zəng edib və Ukraynanın Taxıl Təşəbbüsünü müzakirə edib. Söhbət zamanı Ukraynanın taxıl müqaviləsinin vaxtını 1 il artırmaq istədiyi qeyd olunur.

 

Ukraynadan Polşaya gedən ABŞ Prezidenti Co Bayden moldovalı həmkarı Maya Sandu ilə görüşüb. Görüş zamanı liderlər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Bayden bununla da Avropaya səfərini yekunlaşdırıb.

 

Qardaş Türkiyə ard-arda baş verən zəlzələlərin nəticələrini aradan qaldırmağa davam edir. Zəlzələ nəticəsində həlak olanların sayının 43 mini keçdiyi açıqlanıb. Eyni zamanda, ölkədə seçkilərlə bağlı müzakirələr aparılır. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım saytımıza seçkilərin nə vaxt keçiriləcəyinin məlum olacağı tarixlə bağlı eksklüziv açıqlama verib.

 

Bundan savayı, mətbutda ötən həftənin sonu İsrailin Suriyaya endirdiyi raket zərbələrinin detalları açıqlanıb. Məlum olub ki, zərbələr İranın raket və pilotsuz uçuş aparatları istehsal etdiyi obyektlərə endirilib və nəticədə 1 iranlı məmur ölüb. Almaniya isə İranın Berlindəki səfirliyinin iki əməkdaşını “persona non-qrata” (arzuolunmaz şəxs) elan edib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

5 rayonumuz atəşə tutuldu - Naxçıvan və Şuşa hədəfdə

Düşmən təxribatına cavab: “Qisas 2” əməliyyatı…

Putinin “stop” qoyduğu START nədir… - ARAŞDIRMA

Dövlət təşkilatlarının səlahiyyəti AZALDILIR - Satışa özəl şirkətlər baxacaq

Putin çıxılmaz vəziyyətdədir - Kəşfiyyat məlumatı

Deputatlardan Şuşa yolunun ödənişli olmasına REAKSİYA – “Böyük vəsaitə ehtiyac var”

İmişli və Lerikdəki zəlzələ Türkiyə ilə bağlıdır? - AÇIQLAMA

Nazir universitetlərlə bağlı hədəfi açıqladı: 2026-cı ilədək...

Paşinyanın partiyası Vardanyanın istefa xəbərini TƏSDİQLƏDİ

“İmtahan sualları çətin olmayıb” - Ekspertdən reaksiya

Sənətkara qiymət verməyəni belə basdıracaqlar - Deputat

İki rayonu birləşdirən körpü bu imiş...

Ərdoğan seçki vaxtını bu tarixdə açıqlayacaq - EKSKLÜZİV

Cahangir Əsgərov bir aydır işə çıxmır? - RƏSMİ

Putin konsertdə: İnsanların zorla gətirildiyi deyilir

Ermənistana başa düşdüyü dildə cavab vermək lazımdır - Komitə sədri

İran: situasiya var, inqilab yox...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı