Modern.az

Deputat Lənkəranda görüş keçirib - FOTO

Deputat Lənkəranda görüş keçirib - FOTO

مورد توجه

10 İyun 2013, 19:05


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda respublikanın ayrı-ayrı regionlarından olan həkimlər və fiziki imkanları məhdud olan bir qrup insanlarla görüş keçirib. Görüşdə ölkədə əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl işlərdən geniş və ətraflı söhbət açılıb. Milli Məclisin Sosial siyasət komitəsində bu istiqamətdə son illər hazırlanan və parlamentdə qəbul olunan qanunlar şərh edilib, Nazirlər Kabineti tərəfindən imzalanmış direktiv sənədlər görüş iştirakçılarına çatdırılıb.

Prezident İlham Əliyevin xalqa yönəli fərman və sərəncamları, qanun təşəbbüsü ilə Milli Məclisə ünvanlanan layihələrin mərhəmətin yüksək göstəricilərinə aid olduğu bir daha qeyd edilib.

Görüş iştirakçıları ölkədəki mövcud sosial-iqtisadi durum, onları düşündürən bir sıra məsələlər ətrafında çoxsaylı suallar verib, bəzi məsələlərə aydınlıq gətirməsini xahiş ediblər.

Qeyd olunub ki, insanların yaradılmış münbit, işgüzar şərait nəticəsində imkanları arta-arta arzularının da günbəgün artdığını inkar etmədilər. Daha yaxşı yaşamaq istəyən bu insanlar bu məsələdə də dövlət qayğısının artdığını istinad etdilər.

Onlar Azərbaycan hökumətinin və dövlətinin fəaliyyətinin baş məqsədinin bilavasitə xalqa xidmət etdiyini, xalqa yönəldiyini, xalqın sosial cəhətdən az qorunan hissəsinə daim qayğı göstərildiyini xüsusi vurğulayıblar.

Daha sonra Yeni Azərbaycan Partiyasının V qurultayının yekunları ətrafında da maraqlı diskussiyalar aparılıb. Tədbir iştirakçıları prezident İlham Əliyevin  bu yüksək kürsüyə yenidən namizədliyinin irəli sürülməsini müsbət qarşılayıblar.

Çıxış edən Quliyev Çingiz Heybət oğlu, Əliyeva Göyçək Əsəd qızı, Səmədova Aidə Heydər qızı və başqaları YAP qərarının bütün xalq tərəfindən xüsusi rəğbətlə qarşılandığını bir daha vurğulayaraq ölkə başçısına səs verəcəklərini qeyd ediblər.

Lənkəran, onun təbiəti, buradakı abadlıq quruculuq işlərini, insanların yüksək əhval-ruhiyyəsini görən bu qonaqların regionların sosial-iqtisadi inkişafının pozitiv, sıçrayışlı müsbət dəyişiklikləri üzərində də xüsusi dayanıblar.

Həkim Sara Əzimova cəbhəçilərin Lənkəran qalmqalından danışıb.

O deyib ki, Lənkəranlılar qonaqpərvər insandırlar, qapılarını xoş məramla açanlara canlarını fəda etməyə hazırdırlar. Heyf ki, belə alınıb. Onlara şər, şəbədə, böhtan gətirənlərə, xaricdən dəstək alanlara, Xan lənkəranlılara yalan, qarışıqlıq daşıyanlara sərt, kəskin üz göstərirlər, sabitliyi pozmaq istəyənləri istəmirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı