Modern.az

Sumqayıtda kütləvi zəhərlənmə - 12 nəfər

Sumqayıtda kütləvi zəhərlənmə - 12 nəfər

Aktual

16 Avqust 2023, 12:56

Sumqayıtda kütləvi zəhərlənmə baş verib.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

 

“Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”, - TƏBİB-in məlumatında bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı