Modern.az

Türkiyədən Xankəndidəki partlayışla bağlı BAŞSAĞLIĞI

Türkiyədən Xankəndidəki partlayışla bağlı BAŞSAĞLIĞI

Aktual

27 Sentyabr 2023, 14:18

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xankəndidəki partlayışla bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir.

 

"Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirdiyinə, yüzlərlə insanın ağır yaralandığına kədərləndik.

 

Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə lazımi yardımı göstərməyə hazırdır", - paylaşımda bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı