“Ukrayna enerji satışı ilə bağlı onlara etdiyimiz endirimlərdən narazı olduğunu deyir və qiymətdə daha çox endirim istəyir. Bunun hansı əsasla istədikləri bəlli deyil. Əgər bu belədirsə o zaman Ukrayna bilərəkdən danışıqları dalana dirəyir”. Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin hökumətin iclasında Kiyevlə aparlan danışıqları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya Avropadakı tərəfdaşlarına bu danışıqlar prosesini müşayət etmək barədə müraciət edib. “Biz bu danışıqları açıq və şəffaf aparırıq. Bizim təkliflər tərəfdaşlıqdan daha çox Ukraynanın çətin vaxtında iqtisaddiyatını dəstəkləmək üçün köməkdir”-deyə Putin vurğulayıb.
Kremlin sahibi daha sonra danışıqların pozulacağı təqdirdə Kiyevi hədələyib. “Əgər bizim təkliflər rədd olunsa o zaman biz tamam başqa səviyyəyə keçəcəyik. Bu bizim seçim deyil və buna əl atmaq istəmirik. Yox əgər razılıq əldə olunmasa o zaman başqa ölçüyə keçəcəyik”-deyə Putin qeyd edib.
X. SƏFƏRLİ