Modern.az

İran rəsmisi ABŞ-a kömək edən ölkələrin adını çəkdi

İran rəsmisi ABŞ-a kömək edən ölkələrin adını çəkdi

Dünya

Bu gün, 10:56

“ABŞ-ın Qərbi Asiya regionunda artıq yeri yoxdur və o, bölgəni tərk etməlidir”.

Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri, eks-xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib.

Vilayəti regional məsələlərlə bağlı təhlilində deyib ki, İran İslam Respublikası təkbaşına ABŞ-ın öhdəsindən gələ bilər.

“ABŞ-ın Qərbi Asiya bölgəsində artıq yeri olmayacaq və o, bu regionu tərk etməlidir.”

Vilayəti əlavə edib: “Təəssüf ki, bu arada Fars körfəzinin cənubundakı bəzi ərəb ölkələrinin, məsələn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin bir müsəlman ölkəsinə qarşı Qərbin hücumu məsələsində ən zəif və ən pis mövqeləri tutduğunu görürük. Heç bir gizlətmədən demək lazımdır ki, BƏƏ bu qanlı və cinayətkar rejimlərin cinayətlərinin ortağıdır”.

Vilayəti çıxışının digər hissəsində vurğulayıb ki, İraq bu gün müsəlman xalqının iradəsinə zidd problemlərlə üzləşib. Onun sözlərinə görə, bəzi iraqlı siyasətçilərin ABŞ ilə münasibətləri genişləndirmək cəhdləri İraq xalqına və İslam dünyasına qarşı addımdır.

O həmçinin bildirib: “İraq rəhbərlərindən soruşmaq istəyirəm: niyə İraq Kürdüstanı mərkəzi hökumətin nəzarətində olan bir bölgə olmalı olduğu halda faktiki olaraq müstəqil xarici siyasət yürüdür və Bağdaddan ayrı fəaliyyət göstərir?”

O əlavə edib ki, İraq Kürdüstanı İran əleyhinə fəaliyyət göstərən kürd müxalif qruplarının - o cümlədən “Komala”, “Kürdüstan Demokrat Partiyası” və “Münafiqlər”in logistik və təşkilati mərkəzinə çevrilib. Vilayəti iddia edib ki, ötən ilin yanvarında baş vermiş çevriliş cəhdi zamanı əsas təxribatçılar İran ərazisinə məhz bu bölgədən daxil olublar və nəticədə minlərlə iranlı həyatını itirib.

O, sonda bildirib: “İslam dünyası və müqavimət cəbhəsi ilə bağlı mühüm məsələlərə qarşı İraqda laqeydlik narahatlıq doğurur. İraq rəhbərlərindən gözləntimiz budur ki, ölkənin bu mühüm hissəsinin taleyi ilə bağlı mövqelərini müəyyənləşdirsinlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı