2013-cü ilin yanvar-dekabr aylarında Ermənistandan Türkiyəyə gedən ermənilərin sayı 73 365 nəfər olub. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu 2012-ci illə müqayisədə 3,4 faiz çoxdur. Ermənistanın mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təkcə keçən ilin dekabr ayında Türkiyəyə gedən ermənilərin sayı 5564 nəfər olub.
Qeyd edək ki, 2012-ci ildə Ermənistandan Türkiyəyə 70956 nəfər gedib.