Modern.az

Azərbaycanda institut direktoru dəm qazından zəhərlənib

Azərbaycanda institut direktoru dəm qazından zəhərlənib

Təhsil

9 Mart 2014, 19:27

Martın 9-da günorta saatlarında Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Modern.az Regional TV-yə istinadən xəbər verir ki, həmin kənddə bağ evində yaşayan 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev hamam otağında dəm qazından zəhərlənib. O, Quba Mərkəzi rayon Xəstəxanasına gətirilib. 65 yaşlı Ə.Musayev reanimasiya şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır stabildir. O, müvafiq tibbi yardımlardan sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndəriləcək.
Hazırda fakt araşdırılır.  
Tibb elmləri doktoru, professor Ə.Musayev Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur. O, Milli Məclisə keçirilmiş seçkilərdə deputatlığa namizəd olub.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı