Modern.az

Kəmaləddin Heydərov İran prezidenti ilə görüşüb -FOTOLAR

Kəmaləddin Heydərov İran prezidenti ilə görüşüb -FOTOLAR

تحصیلات

16 Mart 2014, 01:01

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdədir.  Azərbaycan nümayəndə heyətini İran prezidenti Həsən Ruhani qəbul edib.

Görüşdə prezident Ruhani deyib ki, İran öz qonşu ölkələri ilə, xüsusilə də Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
"İran və Azərbaycan iki dost qardaş və qonşu ölkədir biz hər iki ölkənin xalqı və dövlətinə layiq əlaqələrin qurulmasını istəyirik".

İran KİV-lərinin məlumatına görə, H. Ruhani rəsmi Tehran və Bakı arasında əməkdaşlığın daha da inkişafı üçün imkanlar olduğunu da vurğulayıb.

Kəmaləddin Heydərov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentinə çatdırıb.

"Sizin və Azərbaycanın möhtərəm Prezidentinin iki ölkə arasında əlaqələrin inkişafına olan diqqətiniz ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq"-deyə azərbaycanlı nazir qeyd edib.

K.Heydərov deyib ki, İranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan yaranmış bu imkandan istifadə etməyə qərarlıdır.

K.Heydərov həmçinin İranın Gömrük İdarəsinin rəisi Masud Karbasian, Mədən Sənayesi İdarəsinin rəhbəri Mehdi Karbasian ilə də görüşüb. Görüşlərdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün mövcud problemlərin həlli yolları müzakirə olunub.








Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı