“Elman Əliyevin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntüyə görə yoxlama başa çatıb. Daxili işlər naziri Ramil Usubov Göyçay rayon yol polisi şöbəsinin rəisi Elman Əliyevin daxili işlər orqanından xaric edilməsi haqda əmr imzalayıb. Ola bilər ki, jurnalistlər nazirin bu əmri imzalamasından əvvəl Elman Əliyevdən münasibət öyrənib”.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
Qeyd edək ki, Göyçay rayon yol polisi şöbəsinin sabiq rəisi Elman Əliyev bir sıra saytlara açıqlamasında DİN-dən xaric olunması ilə bağlı yayılan məlumatı təkzib edərək hazırda iş başında olduğunu bildirib.
Gültəkin Ələsgər