
Türkiyədə 30 martda keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Burdur bölgəsində ana müxalifət partiyası CHP-yə uduzması birincidən istefalarla nəticələnib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin Burdur regionu üzrə təşkilatının rəhbəri İbrahim Ekici və idarə heyətinin üzvləri, o cümlədən Mərkəz İlçe sədri Əli Çoban baş nazir Ərdoğanın partiyasından istefa veriblər. Məlumata görə onların istefası AKP-nin qərargahında qəbul edilib. Boş qalan yerlərə təyinatların olacağı bildirilir.
Ayşən Mönsümlü