Modern.az

Müsavatçılar Naxçıvana gedəcək

Müsavatçılar Naxçıvana gedəcək

Образование

12 Aprel 2014, 13:12


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Məclisin toplantısında bölgələrdə keçirdiyi görüşlərdən danışıb. Modern.az-ın məlumatına görə, A.Hacılı deyib ki, rayonların əksəriyyətində görüşlər keçirilib və onların fəaliyyətləri nəzərdən keçirilib: "Naxçıvan Muxtar Respublikasına gedə bilməmişik. Çünki buna həm vaxt məhdudiyyəti, həm də maliyyə imkanlarımız zəif oldu. Yaxın zamanlarda Naxçıvana getməyi planlasdırırıq. Bütövlükdə keçirdiyimiz görüşlərə polis tərəfindən müdaxilə olmayıb". Müsavat funksioneri bölgələrdə qadınların prosesdən kənarda qalmasını mənfi hal hesab edib: "Gəncədə ve Oğuzda keçirdiyimiz toplantılarda qadınlar iştirak edirdilər. Digər görüşlərimizdə isə biz buna rast gəlmədik. Qadınlar təskilatları yaradılmalıdır, onlar da proseslərdə aktiv iştirak etməlidirlər.

Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı