Modern.az

Ərdoğanın xəttatı kloundur

Ərdoğanın xəttatı kloundur

تحصیلات

30 Avqust 2014, 11:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinin xüsusi günlərindəki yazılarını qələmə alan xəttat Zəfər Çələbi ticarət mərkəzində klounluq edir və şar satır.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zəfər Çələbi Ankarada ticarət mərkəzində şar satdığı dönəmdə bir dövlət məmuru ilə tanış olur. Daha sonra Qocatəpədəki kitab sərgisində xəttatlıq etməyə başlayır.     

Bu xətti Ərdoğanın yaxın adamlarından biri görür və çox bəyənir. Bundan sonra Çələbi Ankardakı protokol dəvətlərini yazmaqla işə başlayır. Z.Çələbi deyir ki, o şar satmağı da, klounluğu da sevir: “İşimi sevirəm. Mən ticarətçiyəm, məmur deyiləm. Yazını da sevirəm. Yazılarımın bəyənilməsi qürurvericidir”.

Qeyd edək ki, Ərdoğanın Anıtkabirdəki şəxsi dəftərində, 3-cü Boğaz körpüsünü təməlinə atılan bükülmüş  kağızlardakı və.s. yazıları Zəfər Çələbi qeydə alıb. Bundan başqa prezidentlərin səlahiyyətlərinin təhvil verilməsi mərasimində xarici dövlət başçılarına hədiyyə edilən çini qabların üzərində də onun yazısı var.

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı