Modern.az

Gəncədə qadını öldürüb, evini yandıranlar tutuldu

Gəncədə qadını öldürüb, evini yandıranlar tutuldu

Təhsil

13 Noyabr 2014, 13:17

Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 6-da Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib evini yandırmış Gəncə şəhər sakinləri tutulublar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bunlar əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilovdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı