Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Elxan Əbdülov saxlanılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üstünə baxış keçirilərkən nömrəsi silinən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Modern.az