Neftin qiymətinin dünya bazarlarında 60 dollara düşməsi senarisində belə, Azərbaycanda heç bir problem yaşanmayacaq”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin 2015-ci ilin dövlət büdcə layihəsinə həsr olunan plenar iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, hazırki vəziyyətdə neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı əsaslar azdır:
“Yəni neftin qiymətinin proqnozlarımıza uyğun səviyyədə olacağı ehtimal olunur”.
Qeyd edək ki, Azərbaycanın 2015-ci dövlət büdcəsi layihəsində neftin 1 barreli üçün qiymət 90 dollar həcmində müəyyənləşib. Hökumət nümayəndələri iddia edir ki, neftin qiyməti müəyyən edilən məbləğdən aşağı düşərsə, bu, Azərbaycan iqtisadiyyatına ziyan verməyəcək.
Aqşin Kərimov