Modern.az

AZAL rəsmisindən maaşların verilməməsi xəbərinə sərt REAKSİYA - AÇIQLAMA

AZAL rəsmisindən maaşların verilməməsi xəbərinə sərt REAKSİYA - AÇIQLAMA

تحصیلات

25 Noyabr 2014, 11:21


“Maaşla bağlı yazılanlar tamamilə yalnış məlumatdır. Onu yazan jurnalist niyə xəbəri dəqiqləşdirmir? Dəqiqləşdirmədən yazırsa, deməli məqsədlidir və o, çirkab atır”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli "AZAL işçilərinin maaşlarını vermir" iddialarını cavablandırarkən deyib:

“Söruşmadan, öyrənmədən deyirlər ki, işçilərin maaşı dövriyyəyə buraxılır, banklardan qazanc əldə edilir. Tamamilə yalan məlumatdır, böhtandır. “Azərbaycan Hava Yolları”nın çoxsaylı işçisi var. Əmək haqları hissə-hissə verilir. Məsələn, uçuş heyəti maaşlarını alıb, Milli Aviasiya Akademiyasına da verilib, biz də almışıq, qalanlara da yaxın 2-3 gün ərzində maaş veriləcək. Mən adıçəkilən “Azəraeronaviqasiya” və “Mühafizə Xidməti”nin rəsilərilə də əlaqə saxladım. Belə bir problem yoxdur. Yazılanlar sırf yalandır”.

Mətbuatda Azərbaycan Hava Yolları” QSC-nin işçilərinə əmək haqqı verə bilmədiyinə dair məlumatlar yayılıb. Məvaciblərin gecikməsinə səbəb pulların “AZAL”ın rəhbəri Cahangir Əsgərovun biznes işləri üçün dövriyyəyə buraxılması əsas gətirilir. 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı