Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin kim olacağı ilə bağlı məsələ bu gün həllini tapacaq. “Bu gün saat 11:00-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsində bu məsələ də müzakirə olunacaq. Qəbul olunacaq qərarla bağlı iclasdan sonra məlumat veriləcək”.
Bunu Modern.az-a AFFA-nın birinci vitse-prezidenti, deputat Rauf Əliyev deyib.Xatırladaq ki, milli komandaya baş məşqçiliyə namizədlər sırasında xorvatiyalı Robert Prosineçkin daha şanslı olduğu bildirilir.
Bundan başqa, türkiyəli tanınmış məşqçi,
61 yaşlı Yılmaz Vural da bir neçə dəfə Azərbaycan millisinə rəhbərlik etmək üçün təklif aldığını söyləyib. Ancaq AFFA rəsmilərinin onunla konkret danışıq aparıb-aparmadığı hələ ki bilinmir.
Məltəm TALIBZADƏ