Fevralın 23-də Nəsimi rayonu ərazisində yaşayan Nuranə İbadova, Binəqədi rayonu ərazisində yaşayan Orxan Cabbarov mənzillərində dəm qazından zəhərlənərək ölüblər. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 23-də Pirallahı qəsəbəsində yaşayan Eminə Əliyeva evində dəm qazından zəhərlənib və ona xəstəxanada ilkin tibbi yardım göstərilib.
Digər məlumata görə, fevralın 23-də Daşkəsən rayon sakini Günel Verdiyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.