Modern.az

“Xoşuna gəlmir baxma” prinsipi peşəkar yanaşma deyil - MTRŞ-dən ANS-ə CAVAB

“Xoşuna gəlmir baxma” prinsipi peşəkar yanaşma deyil - MTRŞ-dən ANS-ə CAVAB

Təhsil

6 Mart 2015, 13:46

ANS telekanalının mətbuat müşaviri Mayıs Məmmədovun Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə bağlı açıqlamasına qarşı tərəf münasibət bildirib. MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Modern.az saytına deyib ki, verilişin bağlanması barədə konkret söz deyilməyib:

“Əvvəla, “Adam içində” verilişinin bağlanılacağı ilə bağlı konkret hökm şəklində heç nə deyilməyib. Sadəcə, mediaya açıqlamada verilişdə olan problemlər qabardılıb. Vəziyyət ortadadır. Bu reaksiyanı bizdən ictimaiyyət gözləyir. Şura neqativ hallara mütləq reaksiya verməlidir. Əgər dəyişikliklər olmazsa, növbəti addımlar atılır. Buna başqa cür yanaşmaq lazım deyil”.

Şöbə müdiri qeyd edib ki, qanunvericilik və milli-mənəvi dəyərlər məsələsində yaş, staj rol oynamır: “Hörmətli televiziya mütəxəssisi Mais müəllim, həqiqətənmi “Adam içində” verilişində heç bir problem görmürmü? Məsələn, verilişdə bu cür təhqir normaldırmı?

Verilişin eksperti deyir: “Bilirsən səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib uşaq doğmusan... sən qələt eləyib evli kişi ilə yatmısan”. Hələ ötən ilin sonlarında, dekabrın 16-da bu verilişdə qeyri-etik ifadələr və söyüş işlədildiyinə görə kanala xəbərdarlıq olunub. Bunlar faktdır. Bizim məqsədimiz efirin təmizliyidir. Bütün yayımçılardan bunu gözləyirik”.

“Xoşuna gəlmir baxma” isə prinsipi peşəkar yanaşma deyil. Qanunvericilikdə bu prinsip yoxdur. Biz televiziya işinə və bu işin peşəkarlığına qanunvericilik prizmasından baxırıq.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı