Modern.az

Fərid Mansurova yeni vəzifə verildi

Fərid Mansurova yeni vəzifə verildi

Aktual

6 Sentyabr 2016, 14:36

Olimpiya çempionu Fərid Mansurov yeni vəzifəyə təyinat alıb.

Modern.az saytı xəbər verir ki, o, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.

Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova təsdiqləyib.

Qeyd edək ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.

Fərid Mansurov Afina Yay Olimpiadasındagüləş üzrə qızıl medal qazanmışdı. O, hazırda həm də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunu tutur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi