Modern.az

Yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi 

Yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi 

Hadisə

28 Sentyabr 2022, 18:39

Abşeron rayonunun Mehdiabad qəsəbəsində hündürmərtəbəli yaşayış binasının zirzəmisində 48 ədəd sayğac və şaxtadan keçən kabellər yanıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir