Modern.az

Polis "Prius"dakı bıçaqlanma görüntülərini araşdırır

Polis

Hadisə

17 Noyabr 2022, 18:47

"Sosial şəbəkələrdə avtomobildə sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər barədə məlumatlıyıq, araşdırma aparılır".

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Qeyd edək ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunda qeydə alınıb. Belə ki, "Toyota Prius" markalı minik avtomobilindəki sərnişin bıçaqlandıqdan sonra hərəkətdə olan maşından düşərək hadisə yerindən uzaqlaşmağa çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi