Modern.az

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan REAKSİYA

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan REAKSİYA

14 Mart 2023, 07:53

ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatlarına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinqdə danışıb.

 

"Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha əvvəl fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq", - Ned Prays vurğulayıb.

 

Qeyd edək ki, ötən həftə İran Azərbaycana qarşı növbəti dəfə təxribat törədib. XİN və Müdafiə Nazirliyinin yaydığı birgə məlumata görə, 11 mart 2023-cü il tarixində İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Azərbaycan təxribatla əlaqədar İran tərəfinə nota təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır