Modern.az

Şəkidə ağır yol qəzası üç nəfər yaralandı

Şəkidə ağır yol qəzası üç nəfər yaralandı

Hadisə

28 Avqust 2026, 09:00

Şəkidə baş verən yol qəzası nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Modern.az xəbər verir ki, hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...