Xaçmazda bir ailənin 4 üzvünü it dişlədi - YENİLƏNİB

Xaçmazda bir ailənin 4 üzvünü it dişlədi - YENİLƏNİB

1 İyun 2023, 17:18

TƏBİB Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləməsi ilə bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb.

 

Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

 

Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

***

11:38

 

Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçay-Cek kəndində baş verib.

 

Kən sakinləri, 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.

 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb