Modern.az

400 milyon dollarlıq kriptovalyuta oğurladılar

400 milyon dollarlıq kriptovalyuta oğurladılar

Dünya

Bu gün, 18:55

Şimali Koreyalı hakerlər 18 ay ərzində 400 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Cinayətkarlar qurbanlarının tanışları kimi davranaraq kriptovalyuta şirkətlərinin əməkdaşlarını videozənglərə dəvət ediblər. Lakin qarşı tərəfdə canlı insan əvəzinə əvvəlcədən yazılmış videolar və ya kriptovalyuta sənayesinin tanınmış nümayəndələrinin deepfake görüntüləri əks olunub.

Daha sonra hakerlər texniki nasazlıq görüntüsü yaradaraq əməkdaşlara müəyyən linkə keçməyi və ya kompüterdə verilən təlimatları yerinə yetirməyi təklif ediblər. Nəticədə qurbanların cihazlarına zərərli proqramlar yüklənib. Bu proqramlar vasitəsilə cinayətkarlar onların hesablarına və kriptovalyutalarına giriş əldə ediblər.

Bundan əlavə, hakerlər insanları veb-kameralar vasitəsilə gizlicə lentə alıb, daha sonra həmin görüntülərdən istifadə edərək onların kimliyinə bürünüb tanışlarını aldadıblar. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) bu cür 900-dən çox video qeydi aşkarlayıb.

ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, oğurlanan vəsaitlər Kim Çen In rejiminin və onun hərbi proqramlarının maliyyələşdirilməsinə kömək edir.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)