Modern.az

“Liverpul” Mbappeni icarəyə götürmək istəyir

“Liverpul” Mbappeni icarəyə götürmək istəyir

İdman

30 İyul 2023, 11:01

İngiltərənin “Liverpul”u Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni icarəyə götürmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə “Mirror” yazıb.

 

Razılaşma PSJ-yə gəlir əldə etməklə yanaşı, 24 yaşlı hücumçunun yüksək maaşına qənaət etməyə imkan verəcək.

 

Nəşr onu da qeyd edib ki, PSJ rəhbərliyi Mbappenin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlardan imtina etməsindən narazı qalıb. Belə ki, Ər-Riyad təmsilçisi parislilərə futbolçu üçün rekord məbləğ – 300 milyon avro ödəməyə hazır idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var