Modern.az

İspaniyadan 3 cavabsız qol 

İspaniyadan 3 cavabsız qol 

İdman

15 İyun 2024, 22:07

İyunun 15-də Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.

 

Modern.az xəbər verir ki, B qrupunun ilk matçında İspaniya və Xorvatiya komandaları üz-üzə gəlib. Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Alvaro Morata, Fabian Ruiz və Dani Karvaxal vurublar.

 

B qrupunun ikinci oyunu İtaliya ilə Albaniya yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

 

Günün ilk görüşü B qrupunda baş tutub. İsveçrə Macarıstanı 3:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir