UEFA 2027–2029-cu illərdə keçiriləcək Avropa turnirlərinin final matçlarının yerlərini müəyyənləşdirib.
Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Qəbul olunmuş qərara əsasən, turnirlərin həlledici oyunları aşağıdakı stadionlarda keçiriləcək:
UEFA Çempionlar Liqası:
2028-ci il: "Alyans Arena", Münhen (Almaniya)
2029-cu il: "Nou Kamp ", Barselona (İspaniya)
UEFA Avropa Liqası:
2028-ci il: "Milli Arena", Buxarest (Rumıniya)
2029-cu il: "Serbiya Milli Stadionu", Belqrad (Serbiya)
UEFA Konfrans Liqası:
2028-ci il: "Yuventus" stadionu, Turin (İtaliya)
2029-cu il: "Puşkaş Arena", Budapeşt (Macarıstan)
UEFA Superkuboku:
2027-ci il: "Yohan Kroyff Arena", Amsterdam (Niderland)
2028-ci il: "Astana Arena", Astana (Qazaxıstan)