Modern.az

Messi vida matçı keçirəcək

Messi vida matçı keçirəcək

İdman

16 Sentyabr 2026, 10:26

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən 39 yaşlı hücumçu Lionel Messi Argentina millisində sonuncu oyununu oktyabrın 6-da keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia bildirib.

Həmin gün Argentina millisi yoldaşlıq görüşündə Beninlə qarşılaşacaq.

Matç Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək.

Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir