Modern.az

“Qarabağ”ın yeni qapıçısından mətbuata ilk AÇIQLAM

“Qarabağ”ın yeni qapıçısından mətbuata ilk AÇIQLAM

13 İyul 2024, 17:04

“Qarabağ” karyeram baxımından mükəmməl klubdur.

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni qapıçısı Fabian Buntiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Xorvatiyalı qolkiper Ağdam təmsilçisinə keçidi barədə danışıb:

 

“Bu klubda olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burada keyfiyyət yüksəkdir. "Qarabağ” karyeram baxımından mükəmməl klubdur. Burada çalışanlar çox gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır, bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik".

 

O, Bakını çox bəyəndiyini söyləyib:

 

"Bakı çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.

 

F.Buntiç Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin Almaniya klubu “Kayzerslautern” və Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə keçirilən yoxlama oyunları barədə fikirlərini bölüşüb:

 

“Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə bütün komanda birlikdə hazırlaşır. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti havada oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.

 

Qeyd edək ki, Almaniya vətəndaşlığına malik xorvatiyalı əlcək sahibi ilə 2024/2025 mövsümü öncəsi 3 illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri